Naxçıvanın karate üzrə yığma komandası Bakıda keçirilən turnirin üçüncüsü olub

 

Sərhədçi Olimpiya İdman Mərkəzində Azərbaycan Karate Federasiyasının dəstəyi, "Badamlı Karate Klubu"nun təşkilatçılığı ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş turnir keçirilib. Yarışda 30 klubdan 400-ə yaxın karateçi mübarizə aparıb.

 İki gün davam edən turnirdə Naxçıvan karateçiləri 9-u qızıl, 6-sı gümüş, 9-u bürünc olmaqla ümumilikdə 24 medal qazanıblar. Bu göstərici ilə “Naxçıvan” komandası ümumi sıralamada üçüncü yerin sahibi kimi pul mükafatına layiq görülüb.

Fərdi nəticələrə gəlincə, Canər Abbaszadə, Püstə Məmmədli, Rəvan Vəlisoy, Əli Bağırlı, Uğur Məmmədli, Xədicə Bayramova, Aysu Abbaslı, Fatimə Novruzlu və Həsən İbrahimli müvafiq kateqoriyalar üzrə qızıl medala sahib çıxıblar. Digər təmsilçilərimiz müxtəlif əyarlı medallar əldə ediblər.